"CBC Sport" telekanalının “Xəzridən Xəzriyə” sənədli filminin təqdimat mərasimi keçirildi Fotolar

 

Dünən Bakı Olimpiya Stadionunun media konfrans otağında "CBC Sport" telekanalının “Xəzridən Xəzriyə” sənədli filminin təqdimat mərasimi keçirildi.

Newsport.az xəbər verir ki, film vaxtilə mövcud olan Buzovnanın “Xəzri” komandasına həsr edilib. 

Filmin təqdimat mərasimi bir neçə maraqlı məqamla yadda qaldı. Tədbirin iştirakçıları filmi maraqla və həyəcanla izlədi. “Xəzri” komandasının futbolçuları ürək sözlərini bildirdilər. Nostalji hisslərə görə filmin yaradıcı heyətinə təşəkkür etdilər.  

Qeyd edək ki, “Xəzridən Xəzriyə” sənədli filmində 90-cı illərdə Azərbaycanın ən güclü klublarından olan, hətta avrokuboka belə vəsiqə qazanan  “Xəzri” komandasının yaradılmasından fəaliyyətini dayandırmasına qədər ən incə məqamlar əks olunub. Eyni zamanda filmdə Buzovna futbolu ilə bağlı maraqlı anlara yer verilib. Bir çox tanınmış idman və incəsənət xadimlərinin, həmçinin sadə azarkeşlərin maraqlı fikirləri səsləndirilib. Sənədli filmin baş prodüseri Volkan Üst, ssenari müəllifi və quruluşçu rejissoru Azər Cavad Əliyev, müəllifi Əminə Kazımovadır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right