Sərbəst güləşçilərimiz Rusiyadan 1 qızıl və 1 bürünc medalla qayıdır

Ötən həftə sonu Rusiya Federasiyasının Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə "Yuqra Kuboku" beynəlxalq turniri keçirilib. 

Newsport.az-ın məlumatına görə, Rusiya, Almaniya, Macarıstan, İsrail, Qazaxıstan, Tacikistan, Türkiyə, Tunis, Ukrayna, Qırğızıstan və Ermənistan pəhləvanları ilə birgə turnirdə iştirak edən sərbəst güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb. 

Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Aleksandr Qostiyev (86 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Təmsilçimiz ardıcıl olaraq Rusiya idmançıları Batırbek Çakulov, Artur Xaçatryan, finalda isə Zaur Makiev üzərində inamlı qələbə qazanıb. 

Bürünc medalı isə yığmamıza 57 kq çəkidə mübarizə aparan Mahir Əmiraslanov qazandırıb. Həlledici görüşdə güləşçimiz Rusiya idmançısı İsmail Qadjiyevdən üstün olub. 

Komanda hesabında yığmamız Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə Qazaxıstan komandası tutub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right