Azərbaycanlı MMA döyüşçüsü Rusiyada növbəti görüşünə çıxacaq

Azərbaycanlı MMA döyüşçüsü Firuz Məmmədov Rusiyada növbəti görüşünə çıxacaq.

Newsport.az xəbər verir ki, Rusiyanın Kazan şəhərində keçiriləcək TATFIGHT-6 beynəlxalq turnirdə Məmmədov 65 kq çəki dərəcəsində mübarizə aparacaq. Türkiyəni təmsil edən Məmmədov gecənin əsas döyüşündə çempionluq uğrunda əslən tacikistanlı olan Rusiya təmsilçisi Muxitdin Xomovla üz-üzə gələcək. Qarşılaşma noyabrın 11-də yerli vaxtla saat 19:00-da "Piramida" arenada baş tutacaq.

Qeyd edək ki, 6 peşəkar döyüş keçirən Firuz Məmmədov 5 qələbə qazanıb, 1 dəfə isə məğlub olub. Avropa çempionu kəmərinə sahib olan “Qartal” ləqəbli Məmmədov Türkiyədə qreplinq növü üzrə də çempionluq qazanıb. Onun rəqibi Muxitdin Xomov isə MMA üzrə 3 qat Tacikistan çempionudur. Xomov 2016-cı ildə keçirilən TATFIGHT-4 beynəlxalq turnirinin də qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right