“Qəbələ”li idmançıdan uğurlu debüt

“Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı “Qəbələ”li idmançı kikboksinq üzrə nüfuzlu “Glory” seriyalı yarışlarda debüt edib. O, Fransanın Lion şəhərində təşkil olunan “Glory 47”də qüvvəsini sınayıb. Nəbiyev Fransa təmsilçisi Cimmi Vienotla qarşılaşıb. Yarımorta çəki dərəcəsində keçirilən döyüş 5 raunddan ibarət olub. Gərgin keçən qarşılaşmanın qalibi hakimlərin rəyi ilə müəyyənləşib.

Alim bu döyüşdə 4:1 (29:28, 28:29, 29:28, 29:28, 30:27) hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right