Dünya Sınaq Yarışına start verildi

Newsport.az xəbər verir ki, 2018-ci il iyun ayının 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar bu gün BMX Veloparkında Dünya Sınaq Yarışı başlayıb. Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planında yer alan yarış kifayət qədər yüksək hesab edilən C1 kateqoriyasına aiddir.

 

Newsport.az xəbər verir ki, yarışda Türkiyə, Fransa, Yaponiya, Rusiya Federasiyası, Litva, Çex Respublikası, İtaliya və Almaniyanın kişi və qadın komandaları iştirak edir. Qeyd edək ki, velosiped idmanının digər növləri ilə müqayisədə daha gənc olan BMX 2008-ci ildən etibarən Yay Olimpiya Oyunlarının proqramına daxil edilib və ən geniş tamaçaşı kütləsi toplayan idman növlərindən biridir.

 

Reqlamentə əsasən, bu gün iştirakçılar praktiki yürüşlərdə mübarizə aparıblar. Oktyabrın 29-u saat 19:00-da isə final mərhələsi start götürəcək və Dünya Sınaq Yarışının qalibləri müəyyənləşəcək.

 

Qeyd edək ki, Avropa Oyunları ilə əlaqədar 2015-ci ilin əvvəlində Bakıda ən müasir tələblərə cavab verən BMX stadionu istifadəyə edilib. 2016-cı ildə UCI müvafiq qaydaları və stadionların ölçülərini dəyişdiyindən Bakı stadionu yenidən qurulub, trekin uzunluğu, eni, maneələrin sayı və döngələrin hündürlüyü artırılıb. Bu gün UCI-ın yeni standartlarına tam cavab verən yeganə stadion məhz Bakı trekidir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right