Veteran güləşçilərin Dünya çempionatı keçirilib

Bolqarıstanın Plovdiv şəhərində Veteran güləşçilərin Dünya çempionatı keçirilib. 


Newsport.az xəbər verir ki, Azərbaycan pəhləvanları çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurub. 

Sərbəst güləş yarışlarında B divizionunda mübarizə aparan Mayis İbadov (70 kq) ardıcıl olaraq Almaniya, Moldova və Bolqarıstan təmsilçilərini mübarizədən kənarlaşdıran güləşçimiz finala yüksəlib. Həlledici görüşdə İran idmançısına da qalib gələn Mayis İbadov veteranlar arasında Dünya çempionu olub.

Yunan-Roma güləşi yarışlarında D divizionunda mübarizə aparan Rövşən İsmayılxanlı (130 kq) isə çempionatı ikinci sırada tamamlayıb. Həlledici görüşdə Polşa idmançısına məğlub olan təmsilçimiz Dünya çempionatının gümüş medalına yiyələnib. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right