Bokusçularımızı çətin sınağ gözləyir

Newsport.az  saytı “Qəbələ” idman klubunun rəsmi saytına istinadən xəbər verir ki, boksçularımız növbəti sınağına çıxacaq.

 İdmançılarımız Ukraynanın KB-75 klubu ilə beynəlxalq yoxlama görüşü keçirəcək. Krivoy Roq şəhərində təşkil olunacaq matç 7 döyüşdən ibarət olacaq.

 Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq dueldə “Qəbələ” və KB-75-in boksçuları 7 çəki dərəcəsində üz-üzə gələcək.

 Oktyabrın 21-də keçiriləcək matçda Ramiz Mirkamalovun baş məşqçisi olduğu komandamızı Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək.

Qeyd edək ki,döyüş yerli vaxtla saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right