Hücumçumuzun Türkiyədə ilk titulu

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Türkiyədə ilk titulunu qazanıb.

 

 "Newsport.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Fənərbaxça" klubu "Barış Kupa"sının ("Sülh Kuboku") qalibi olub. 

Polinanın komandası turnirin son oyununda "Nilufer Belediyesi" ilə qarşılaşıb.

 

Oyun gərginliyi ilə yadda qalıb. 5 hissə davam etmiş görüşdə 3:2 (22:25, 30:28, 25:6, 20:25, 15:11) hesablı qələbəni bayram edən "sarı mələklər" yarışın qalibi olublar. 

 

Komandasının kuboka sahib çıxdığı bu oyunun ən yaxşısı yenə Polina Rəhimova olub. Yığmamızın üzvü rəqibi 28 dəfə məyus edib. 

 

Xatırladaq ki, "Fənərbaxça" ilk oyunlarda "Çanakkale" və "Halkbank"ı quru hesabla məğlub edib.





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz