Cüdoçularımız Özbəkistanda daha iki medal qazandılar

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə qran pri yarışı davam edir.

Newsport.az-ın məlumatına görə, beynəlxalq turnirin ikinci günü millimiz aktivinə daha iki medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Telman Vəliyev və 81 kq çəki dərəcəsində mübarizə aparan Fəqan Quluzadə mötəbər turnirin bürünc medallarına sahib olublar.

Xatırladaq ki, yarışın ilk günü Vüqar Şirinli (60 kq) qızıl medal qazanıb.

Qeyd edək ki, 27 ölkədən 183 (91 kişi, 92 qadın) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 5 cüdoçu ilə təmsil olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right