İlham Əliyev: "Sərbəst güləşçilərimiz yeni tarix yazdı"

Sentyabrın 29-da Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Newsport.az-ın məlumatına görə, tədbirdə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev də iştirak edib.

Yubiley tədbiri zamanı dövlətimizin başçısı sərbəst güləş üzrə Azərbaycan milli komandanın baş məşqçisi Firdovsi Umudovla və üçqat dünya çempionu Hacı Əliyevlə də görüşüb.

Prezident İlham Əliyev baş məşqçini və güləşçimizi son dünya çempionatında qazanılan uğur münasibətilə təbrik edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan güləşçiləri Fransanın paytaxtı Parisdə təşkil olunan yarışda ölkəmizin idman şərəfini layiqincə qoruyub, Hacı Əliyev müstəqil Azərbaycanın güləş tarixində ilk dəfə olaraq 3-cü dəfə dünya çempionu olub.

Ölkə başçısı milli komandanın baş məşqçisi Firdovsi Umudova pəhləvanlarımızın çıxışlarını hər zaman diqqətdə saxladığını bildirib və bundan sonra da onlardan yaxşı nəticələr gözlədiyini deyib.

Diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirən Firdovsi Umudov Azərbaycanın idman şərəfəni hər zaman yüksəkdə tutacaqlarını və onlara bəslənilən etimadı bundan sonra da doğrultmağa çalışacaqlarını deyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right