Şamaxıda sərbəst güləş üzrə V açıq Respublika turniri keçirilib

Şamaxı Olimpiya İdman Kompleksində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə V açıq Respublika turniri keçirilib. 

Newsport.az-ın məlumatına görəturnirdə Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Qırğızıstanı təmsil edən 288 güləşçi mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində 10 çəki dərəcəsində keçən yarışlarda Cəlilabad, Abşeron, Astara, Sabirabad, Şağan, eləcə də Rusiya təmsilçiləri fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Qaliblər yarışın təşkilatçıları tərəfindən diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

32 kq
1. Yunus İavibatırov – Rusiya
2. Şəmsəddin Babayev – Rusiya
3. Musa Verdiyev – Gəncə
3. Emil Mustafazadə - ROİL
35 kq 
1. Cəbrayıl Tulayev – Rusiya 
2. Nicat Cəfərov – Lənkəran 
3. Ömər Gülməmmədov – Ağstafa 
3. Ayxan Verdiyev – Gəncə
38 kq 
1. Heydər Nuriyev – Cəlilabad 
2. Mahir Məmmədov – Şamaxı
3. Rəvan Abdullayev – Gəncə
3. İmam Umarov – Rusiya
42 kq 
1. Fəqan Mirzəyev – Cəlilabad 
2. Andrey Tkaç – Ukrayna 
3. Ramik Heybətov -   Astara 
3. Ümid Məmmədov – Qazax
47 kq 
1. Müstəba Məmmədov – Abşeron 
2. Vadim Tanasiyçuk – Ukrayna 
3. Riyad Aslanov – Abşeron 
3. Qabil Qasımov – Gəncə
53 kq 
1. Abdulrahman Rasulov – Rusiya 
2. Fərhad Kərimli – Abşeron 
3. Dəyanət Veysəlov – Qəbələ
3. Samir Yusifzadə - Gəncə
59 kq 
1. Məhəmmədəli Əliyev – Astara 
2. Coşqun Nəbili – Abşeron 
3. Sənan İmanzadə - Gəncə
3. Əlişah Əmirov – Şamaxı
66 kq 
1. Varis Mehdizadə - Sabirabad
2. İlimbek Esenkul – Qırğızıstan 
3. Tornike Samxaradze – Gürcüstan
3. Sənan Xəlilov – Azəri GK
73 kq 
1. Baloğlan Nəsirov – Şağan GK 
2. Zəfər Əliyev – Masallı
3. Murad Hüseynov – Sumqayıt
85 kq 
1. Sayadxan Axmatov – Rusiya 
2. Ədalət Hümbətov – Şamaxı 
3. Yusif Dursunov – Ağstafa 
3. Qubad Ağayev – Azəri GK

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right