Şamaxıda Oleq Krapivin adına idman məktəbinin açılışı mərasimi keçirilib

Sərbəst güləş üzrə Oleq Krapivinin şərəfinə təşkil olunmuş V açıq respublika turniri çərçivəsində Azərbaycan Ulu Öndər Heydər Əliyevin Şamaxı rayonunda yerləşən abidəsinin qarşısına gül dəstəsi qoyublar. 

Newsport.az-ın məlumatına görətədbirdə Azərbaycan, Ukrayna və Qırğızıstandan olan güləş federasiyalarının və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Daha sonra Şamaxı şəhəri Oleq Krapivin adına "Şirvan" güləş klubunun açılış mərasimi keçirilib. 

Mərasimdə Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov,Azərbaycan Kikboks Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev və deputat Kamran Nəbizadə, Ukrayna Güləş Federasiyasının prezidenti Elburus Tedeyev və sonda veteran güləşçi Oleq Krapivin çıxış ediblər. 

Tədbirdə bildirilib ki, Azərbaycan idman ölkəsidir və bütün beynəlxalq yarışlarda ölkəmiz layiqincə təmsil olunur. Bu il Azərbaycanda Milli Olimpiya Komitəsinin yaranmasının 25 illiyidir. Bu illər ərzində cənab prezident İlham Əliyevin idmana göstərdiiyi diqqət və qayğının nəticəsidir ki, olimpiya və dünya çempionatlarında bayrağımız ucaldılır. Oleq Krapivin adını daşıdığı idman məktəbində gələcəyin çempionları və sağlam gəncləri yetişəcək. 

İdman məktəbində müasir standartlara cavab verən trenajor avadanlıqları və böyük güləş zalı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right