Rəhman Kazımov gümüş medal qazandı!

Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi başa çatır. Yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulub. 
 
Newsport.az-ın məlumatına görəonların arasında bizim yığmanın da üzvləri var idi.
 
Bu gün onlardan sonuncusu – Rəhman Kazımov körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan oğlan atletlərin +94 kq çəki dərəcəsindəki yarışına qatılıb.
 
Rəhman birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 115 kq nəticə ilə bu hərəkətdə 2-ci olub.
 
Kazımov təkanla qaldırma hərəkətində 149 kq-ı ram edərək bu hərəkətdə 3-cü pillədə qərarlaşıb.
 
Toplam 264 kq (115+149) nəticə göstərən atletimiz yekun sıralamada uğur qazanıb və Avropa birinciliyində 2-ci yeri tutaraq gümüş medal qazanıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right