İdmançımız 3 qat Avropa çempionu oldu

Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün 53 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Səbinə Əzimova körpücük üzərinə çıxıb.

Səbinə birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirib və 78 kq nəticə ilə bu hərəkətdə 2-ci olub.

Atletimiz təkanla qaldırma hərəkətində 96 kq çəkini ram edərək, bu hərəkətdə də 2-ci yeri tutub.

Toplamda 174 kq (78+96) nəticə göstərən Səbinə Əzimova, 53 kq çəki dərəcəsində qızıl medalın sahibi olub.

Xatırladaq ki, Səbinə yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi, yaşı 15-ə qədər olan qızların bu çəkidə rekordçusu idi. O, bu gün qızıl medal alaraq 3 qat Avropa çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right