Avro-2017-də qrup mərhələsi başa çatdı

Qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsinin oyunları başa çatıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilən çempionatda qrup mərhələsinin qalibləri birbaşa ¼ finala yüksəliblər.

Bunlar, Azərbaycan (A qrupu), İtaliya (B qrupu), Rusiya (C qrupu) və Serbiyadır (D qrupu).

Qruplarda 2 və 3-cü yerlərin sahibləri isə pley-off mərhələsində üzləşəcəklər. Bu mərhələdə qalib gələcək 4 komanda isə ¼ finala vəsiqə qazanacaqlar.

Pley-offa yüksələn komandalar aşağıdakılardır:

A qrupu – Polşa, Almaniya

B qrupu – Belarus, Xorvatiya

C qrupu – Bolqarıstan, Türkiyə

D qrupu – Hollandiya, Çexiya

Bu gün qrup mərhələsində baş tutmuş son oyunların nəticələrini təqdim edirik:

A qrupu

Almaniya - Azərbaycan - 1:3 (25:19, 19:25, 18:25, 18:25)

C qrupu

Rusiya – Bolqarıstan - 3:2 (21:25, 25:20, 23:25, 25:21; 15:13)

Türkiyə - Ukrayna - 3:1 (25:20, 25:19, 20:25, 25:23)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right