“Bolqarların ucaboy oyunçularının hündür blokunu yarmaq...” Millimizin məşqçisi

“Yaxşı oynayıb qələbə qazandıq”.

Newsport.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin baş məşqçisi Faiq Qarayevin köməkçisi Famil Ağayev bildirib.

Millimizin məşqçisi Avropa çempionatının qrup mərhələsinin son matçında Almaniyaya 3:1 hesabı ilə qalib gəldiyimiz oyunu dəyərləndirib:

“İlk setdə blok quran oyunçularımız arasında boşluq olurdu. Rəqib də həmin boşluqdan zərbəni keçirə bilirdi. Ancaq sonra bloku daha da sıxlaşdırdıq. Bundan sonra müdafiə xəttinə fikir verdik. Liberonu 1-ci zonada oynatdıq”.

Ağayev millimizin növbəti mərhələdə gözlənilən rəqibləri barədə də danışıb:

“Almaniya ilə yenidən oynamaq istərdik. Çünki almanların gücünü artıq bilirik. Həm də bolqarların ucaboy oyunçularının hündür blokunu yarmaq çətin olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right