Azərbaycan 1/4 finalda Yenilənib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının qrup mərhələsində son oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, yığmamız Almaniya ilə qarşılaşıb. 

Komandamız bu görüşdə Bundestimə hətta minimal fərqlə uduzsa belə, qrup lideri kimi 1/4 finala yüksələcəkdi. Amma Macarıstan və Polşaya heç bir şans verməyən Azərbaycan millisi Almaniyaya 1 set versə də, yenə 3 xalı öz aktivinə yazıb. Beləliklə, təşkilatçı ölkə komandası maksimum xalla və qrup lideri kimi adını 8 ən güclü sırasına yazdırıb.  

 

Avropa çempionatı
A qrupu
18:00. Almaniya - Azərbaycan - 1:3 (25:19, 19:25, 18:25, 18:25)

Hakimlər: Stefan Takaişvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya) 

Xal durumu: Azərbaycan - 9, Polşa - 5, Almaniya - 4, Macarıstan - 0.
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right