Millimizin məşqçisi: "İkinci və üçüncü setlərdə öz oyunumuzu tapdıq...”

“Başlanğıcda bir qədər oyunumuz alınmadı. Lakin əvəzetmələrdən sonra vəziyyəti lehimizı dəyişdik. İkinci və üçüncü setlərdə isə öz oyunumuzu tapdıq, daha rahat olduq”.

Newsport.az-ın məlumatına görə, bu fikirləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev Bakıda keçirilən Avropa çempionatının I turunda Macarıstan yığması üzərində 3:0 hesablı qələbəni şərh edərkən deyib.

Gənc mütəxəsisin fikrincə, Avropa çempionatında zəif rəqib yoxdur: “Bəlkə də kimsə Macarıstana zəif gözü ilə baxa bilər. Ancaq elə deyil. Onların gücünü birinci setdə gördük. Bizi sıxışdırırdılar. Qrupdakı digər rəqiblərimiz Polşa və Almaniya da güclüdür. Bunlar tanınmış ölkələrdir. Sentyabrın 24-də Polşa ilə qarşılaşacağıq. Bu matça da yaxşı hazır olacağıq”.

Ağayev komandanın 2 və 4-cü zonalardan başqa kəsərli hücum təşkil olunmamasına da toxunub. O, bunu yığmadakı toppaylayıcıların təcrübəsizliyi ilə əlaqələndirib.

Xatırladaq ki, Azərbaycan növbəti oyununu sentyabrın 24-də Polşaya qarşı keçirəcək. Milli Gimnastika Arenasında baş tutacaq matç saat 18:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right