Voleybolçularımız Avropa çempionatına qələbə ilə başladı Yenilənib

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan və Gürcüstanda təşkil olunan qitənin ən mötəbər yarışında yığmamız oyunlarını Bakıda keçirib.
 
A qrupunda yer alan millimiz ilk turda Macarıstanla qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

 
Qeyd edək ki, turnirin A və C qrupunun, eləcə də yarımfinal və final oyunları Bakıda Milli Gimnastika Arenasında olacaq. D qrupunda qərarlaşan kollektivlər Göygöldə Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər. B qrupunun və 1/4 final mərhələsinin matçları isə Gürcüstanın paytaxtı Tbilisidə Yeni İdman Sarayında baş tutacaq.
 
 
Avropa çempionatı
I tur
22 sentyabr
 
 
A qrupu
18:00. Macarıstan – Azərbaycan 0:3 (23:25, 14:25, 16:25)
 
20:30. Almaniya – Polşa - 2:2 (25:23, 15:25, 25:18, 23:25, TAY BREYK)
Bakı. Milli Gimnastika Arenası
 
B qrupu
17:00. İtaliya – Gürcüstan 3:0 (25:14, 25:12, 25:12)
 
21:00. Belarus – Xorvatiya - 3:2 (10:25, 15:25, 25:21, 25:20, 15:9)
Tbilisi. Yeni İdman Sarayı
 
C qrupu
15:30. Ukrayna – Rusiya - 2:3 (18:25, 25:20, 23:25, 25:23, 13:15)
Bakı. Milli Gimnastika Arenası
 
D qrupu
17:00. Serbiya – Çexiya 3:0 (25:22, 25:16, 25:23)
 
20:00. Hollandiya - Belçika - 3:1 (23:25, 25:12, 25:21, 25:14)
Göygöl. Olimpiya İdman Kompleksi

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right