Bundestimin kapitanı millimizi arzuolunmaz rəqib sayır: "Onların 2 güclü hücumçusu var..."

Azərbaycan qadın voleybolçulardan ibarət milli komandasının Avropa çempionatının qrup mərhələsində rəqibi olan Almaniya yığmasının kapitanı Maren Fromm şansları dəyərləndirib.

Newsport.az xəbər verir ki, Bundestimin oyunçusu qrupdakı əsas rəqiblərinin Polşa olacağını bildirib: "İlk oyunumuzu onlara qarşı keçirəcəyik. Yaxşı başlanğıc uğur üçün girov sayılır. Daha sonra iki yoxlama oyununda qalib gəldiyimiz Macarıstanla qarşılaşacağıq. Əlbəttə, Bakıdakı görüşlər evdə keçirdiyimiz qarşılaşmalar kimi asan olmayacaq. Biz bunu anlayırıq. Azərbaycan arzuolunmaz rəqibdi. Onların 2 güclü hücumçusu – Natalya Məmmədova və Polina Rəhimova var. Onlar istənilən matçın taleyini həll edə bilər. Ancaq onlardan birini zərərsizləşdirmək mümkün olsa, Azərbaycanın vəziyyəti ağırlaşacaq”.

Xatırladsaq ki, millimiz qrupda son matçını sentyabrın 25-də saat 18:00-da almanlarla keçirəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right