“Azarkeşlərimiz qarşısında oynamaq bizim üçün böyük dəstəkdir”

“Avropa çempionatının ölkəmizdə keçirilməsi, doğma azarkeşlərimizin qarşısında oynamağımız komandamız üçün dəstəkdir”.

Newsport.az-ın məlumatına görə, bunu qadınlar arasında voleybol üzrə Azərbaycan milli komandasının məşqçisi Famil Ağayev sentyabrın 21-də mötəbər turnirlə əlaqədar təşkil edilən brifinqdə deyib.

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, baş məşqçi Faiq Qarayevin rəhbərlik etdiyi kollektivin yarışa tam hazır olduğunu diqqətə çatdıran F.Ağayev bildirib: “Üç aya yaxın müddət ərzində yoxlama oyunları keçirmişik. Qrupumuzdakı rəqiblərin hamısı çox güclüdür. Qələbə qazanmaq üçün əzmkarlıqla mübarizə aparmaq lazımdır. Yığmamız bunun üçün tam hazırdır və komandamıza inanırıq”.

Nataliya Məmmədovanın yığmaya qayıdışının komandanın gücünü daha da artırdığını vurğulayan məşqçi bildirib: “Nataliya çox güclü voleybolçudur və hazırda yaxşı formadadır. Komandada top qəbulu zamanı bir az çətinliyimiz olur. Hazırlıq zamanı buna xüsusi fikir vermişik. “A” qrupundakı rəqiblərimiz - Almaniya, Polşa və Macarıstan ilə qarşılaşmalara ciddi hazırlaşmışıq. Qrupu birinci yerdə başa vurmaq istəyirik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right