Sloveniyada tarix yazan gənc cüdoçularımız Bakıda

Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Newsport.az-ın məlumatına görə, mötəbər turnirdə 3 qızıl, 2 gümüş və 2 bürünc qazanan, medalların əyyarına görə kişilərin komanda hesabında birinci olan, komanda yarışlarında isə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar. 

Qeyd edək ki, Avropa çempionatında ölkəmizi təmsil edən Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, Rəşxan Baxışəliyev (55 kq), Murad Fətiyev (73 kq) gümüş, Gültac Məmmədəliyeva (48 kq) və Nəzakət Əzizova (52 kq) isə bürünc medal qazanıblar.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right