YDÇ-2017: Qurban Qurbanov və Nihad Məmmədli finalda Yenilənir

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. 

Newsport.az-ın məlumatına görəİkinci yarış günündə yunan-Roma güləşi üzrə 42, 46, 69, 76 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulub. 

42 kq çəki dərəcəsində mübarizə aparan Qurban Qurbanov İtaliya və Namibiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra yarımfinalda Rusiya idmançısına da qalib gəlib və çempionatın finalına vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi Ukrayna idmançısı olacaq. 

46 kq-da yarışan Nihad Məmmədli də Qırğızıstan, Türkiyə və Rusiyadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Final görüşündə onun da rəqibi Ukrayna təmsilçisi olacaq. 

Final görüşləri Bakı vaxtı ilə 6 sentyabr saat 19:00-da başlayacaq. 

42 kq 
FİNAL - Hennadi Zavertailo (UKR) - Qurban Qurbanov (5 sentyabr, saat 19:00) 
1/2 final - Aleksey Vlasov (RUS) - Qurban Qurbanov 1:6
1/4 final - Qurban Qurbanov - Hafeni Festus Asino (NAM) 8:0 (26 san.)
1/8 final - Qurban Qurbanov - Daniel Dimitrov Pramatarov (İTA) 5:3

46 kq 
FİNAL - Nihad Məmmədli - Vladislav Kuzko (UKR) (5 sentyabr, saat 19:00) 
1/2 final - Ənvər Allahyarov (RUS) - Nihad Məmmədli 2:6
1/4 final - Nihad Məmmədli - Mukremin Aktaş (TUR) 4:1
1/8 final - Nihad Məmmədli - Baktiyar Akberdiyev (KGZ) 5:0

69 kq 
1/16 final - Fikrət Vəliyev - Sora Taniguchi (JPN) 3:7

76 kq 
1/8 final - Baisar Evloev (RUS) - Eldar Məmmədov 11:1

85 kq 
1/8 final - Laçın Vəliyev - Mikita Heurasiou (BLR) 1:4
1/16 final - Tigran Hambardzumyan (ARM) - Laçın Vəliyev 5:8





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right