Boksçumuz üçqat dünya çempionu oldu

Almaniyada kişi boksçular arasında keçirilən dünya çempionatına yekun vurulub. 
 

Newsport.az-ın məlumatına görə, Hamburq İdman Sarayında təşkil edilən mundialın son günündə 10 çəki dərəcəsində final görüşləri baş tutub.

Həlledici döyüşlərdə Azərbaycan millisinin lideri Məhəmmədrəsul Məcidov da rinqə çıxıb. +91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz qazaxıstanlı Kamşibek Kunkabayevlə üz-üzə gəlib. Döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Məcidov 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.

O, bununla da 3-cü dəfə dünya çempionu tituluna yiyələnib. DÇ-2011 və DÇ-2013-də mundialın qızıl medalını qazanan boksçumuz növbəti qələbə ilə öz rekordunu da yeniləyib.

Beləliklə, 9 gün davam edən dünya çempionatını Azərbaycan millisi 2 medalla başa vurub. Məcidovdan öncə Kamran Şahsuvarlı (75 kq) adını mükafatçılar sırasına yazdırıb. Olimpiya mükafatçımız yarışı 3-cü pillədə başa vurub.

Qeyd edək ki, yığmamız Hamburqa 4 boksçu ilə yollanmışdı. Onlardan Lorenzo Sotomayor (64 kq) hakimlərin ədalətsizliyi səbəbindən mundialla vidalaşmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right