DÇ-2017: Millimiz 4-cü medalını qazandı Yenilənib

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
 
Newsport.az-ın məlumatına görə, mundialın növbəti günündə daha 4 idmançımız mübarizəyə qoşulub. Belə ki, 100 kiloqram çəki dərəcəsində Elxan Məmmədov və Elmar Qasımov tatami üzərinə çıxıblar. Məmmədov mübarizəyə 1/16 final mərhələsindən qoşulub və ilk görüşündə kanadalı Kayl Reyesi məğlub edib. Elmar Qasımov isə Monqolustan təmsilçisi Lxaqvasuren Otqonbatarı mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə adlayıb. Digər təmsilçimiz Kokuari Uşanqi isə ilk görüşündəcə braziliyalı Rafael Silvaya uduzaraq mundialı medalsız başa vurmalı olub. 78 kiloqram çəki dərəcəsində qadın idmançıların yarışında isə ölkəmizi İrina Kinderzka təmsil edib.
 
Elmar Qasımov 1/8 finalda Portuqaliya təmsilçisi Fonseka Corca uduzaraq təsəlliverici görüşlərə qatılıb. Elxan Məmmədov isə yarımfinalda gürcüstanlı Varlam Lipartelianiyə uduzaraq bürünc medal uğrunda döyüşməli olub. İki cüdoçumuzun qarşı-qarşıya gəldiyi görüşdən Elmar Qasımov qalib ayrılıb və bürünc medala sahib çıxıb. İrina Kinderska da yarımfinal mərhələsində çinli Yu Sonqa uduzaraq bürünc medal uğrunda görüşə çıxıb. İdmançımız burada Hollandiya təmsilçisi Tessi Savelkoulsla qarşılaşıb və grüşü qalib başa vurub.
 
Kişilər
100 kq
 
Bürünc medal uğrunda: İrina Kindzerska - Tessi Savelkouls (Hollandiya) 
Bürünc medal uğrunda: Elmar Qasımov - Elxan Məmmədov
Yarımfinal: Elxan Məmmədov - Varlam Liparteliani (Gürcüstan)
Təsəlliverici görüş: Elmar Qasımov - Kiril Denisov (Rusiya)
1/4 final: Elxan Məmmədov - Kazbek Zankişiyev (Rusiya)
 1/8 final: Elxan Məmmədov - Anton Savitski (Ukrayna)
1/8 final: Elmar Qasımov - Fonseka Corc (Portuqaliya)
1/16 final: Kokauri Uşanqi - Rafael Silva (Braziliya)
1/16 final: Elmar Qasımov - Lxaqvasuren Otqonbatar (Monqolustan)
1/16 final: Elxan Məmmədov - Kayl Reyes (Kanada)
 
 
Qeyd edək ki, bununla millimiz aktivinə daha iki medal əlavə edib. Bundan əvvəl isə Orxan Səfərovlə Rüstəm Orucov gümüş medal qazanıblar.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right