Məhəmmədrəsul Məcidov da yarımfinalda!

Almaniyanın Hamburq şəhərindəki kişilər arasında dünya çempionatında Azərbaycanın daha bir boksçusu yarımfinala yüksəlib.
Newsport.az-ın məlumatına görə, bu, ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidovdur. 31 yaşlı idmançı 1/4 finalda fransalı Camili-Dini Abudu-Moindzedən üstün olub. Döyüşün yekununda Məcidov hakimlərin qərarı ilə qalib elan edilib - 3:2 (27:30), 30:27, 28:29, 30:27, 29:28). Onun yarımfinaldakı rəqibi avstraliyalı Jozef Qudol olacaq. Döyüş sentyabrın 1-də keçiriləcək. 
 
Qeyd edək ki, daha əvvəl Kamran Şahsuvarlı (75 kq) da yarımfinala yüksəlib. O, avqustun 31-də qazaxıstanlı Abilxan Amankulla qarşılaşacaq. Həm Məcidov, həm də Şahsuvarlı dünya çempionatında ən azı bürünc medalı təmin edib. Beləliklə, Azərbaycan millisinin mundialı 2 medalla başa vuracağı dəqiqləşib.  




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right