Cüdoçularımızdan heç biri medal qazana bilmədi Yenilənib

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir. 
 
Newsport.az-ın məlumatına görə, ikinci yarış günündə mübarizəyə qoşulan 3 cüdoçumuzdan heç biri fəxri kürsüyə yüksələ bilməyib.
Qadınların yarışında 52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova ilk görüşündə mərakeşli İkram Sukateni 52 saniyəyə ipponla məğlub etsə də, 1/16 finalda kosovalı Distria Krasniqiyə 1 dəqiqə 16 saniyəyə boğucu fəndlə uduzub. 
 
Azərbaycanın eyni çəkidəki digər qadın cüdoçusu Buyanxişiq Purevsuren 1/32 finalda rusiyalı olimpiya və dünya mükafatçısı Natalya Kuzyutinaya ipponla yenilib. Onların görüşü 2 dəqiqə 54 saniyə davam edb.
 
Kişilərin yarışında isə 66 kq çəkidə çıxış edən Nicat Şıxəlizadə 1/32 finalda qazaxıstanlı Yeldos Jumaxanova 3 dəqiqə 10 saniyəyə cərimə ilə uduzub.
 
 
 
Kişilər
66 kq
1/32 final. Nicat Şıxəlizadə - Yeldos Jumaxanov (Qazaxıstan)
 
Qadınlar
52 kq
1/32 final. Buyanxişiq Purevsuren - Natalya Kuzyutina (Rusiya)
 
1/16 final. Nəzakət Əzizova - Distria Krasniqi (Kosova)
1/32 final. Nəzakət Əzizova - İkram Sukate (Mərakeş)
 
Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yalnız finalda yaponiyalı dünya və Asiya çempionu Naohişa Takatoya məğlub olaraq gümüş medal qazanıb. 48 kq çəki dərəcəsində yarışan Azərbaycanın qadın cüdoçuları Leyla Əliyeva və Bazarraqça Erdenebat isə ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right