Sərbəst güləşçilərimiz Dünya çempionatından qayıdıb

Fransanın paytaxtı Paris şəhərində keçirilən güləş üzrə dünya çempionatı başa çatıb. 

Newsport.az-ın məlumatına görə, çempionatda 1 qızıl və 1 bürünc medal qazanan sərbəst güləş yığmamız ötən gecə Vətənə qayıdıb. 

Sərbəst güləş yarışlarında 61 kq-da mübarizə aparan Hacı Əliyev qızıl medal və sərbəst güləş tarixində ilk üçqat Dünya çempionu adını qazanıb. Aslanbek Alborov (97 kq) isə çempionatı bürünc medalla başa vurub. 

Pəhləvanlarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Güləş Federasiyasının rəsmiləri, yığma komandanın məşqçiləri, idmançıların ailə üzvləri və KİV nümayəndələri qarşılayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right