Tarixi döyüş nokautla bitdi

ABŞ-ın Las-Veqas şəhərində amerikalı kiçik Floyd Meyvezer karyerasının son döyüşünə çıxıb.

Newsport.az-ın məlumatına görə, 5 çəki dərəcəsində dünya çempionu olmuş 40 yaşlı boksçu irlandiyalı Konor Makqreqorla qarşılaşıb.

Bu görüş peşəkar rinqdə debüt döyüşünə çıxan MMA döyüşçüsü və UFC çempionu, 29 yaşlı Makqreqor üçün uğurlu alınmayıb.

Döyüş başdan sona qədər Meyvezerin üstünlüyü ilə keçib. O, 10-cu raundda rəqibinə arıdıcıl zərbələr endirən zaman hakim görüşü dayandırıb və texniki nokautla qalib gəlib.

Karyerasında 50-ci qələbəsini qazanan Floyd Meyvezer, döyüşdən sonra karyerasını bitirdiyini açıqlayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right