Səudiyyə Ərəbistanı yığması Azərbaycanda təlim-məşq toplanışı keçəcək

Səudiyyə Ərəbistanının ağır atletika üzrə yığma komandası Azərbaycana təlim-məşq toplanışına gələcək.

Newsport.az-ın məlumatına görə, 16 nəfərlik heyət milli komandamızın Xırdalandakı AAAF Park Yaşayış Kompleksində yerləşən mərkəzi ağır atletika təlim-məşq bazasında məskunlaşacaq.

Qonaq atletlər ölkəmizdə avqustun 21-dən sentyabrın 16-na qədər hazırlıq keçəcəklər. Bu toplanış milli komandalarımızın üzvləri, həmçinin federasiyalar arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsinin artırılması, həmrəylik dəyərlərinin qorunması və möhkəmləndirilməsi baxımından da əhəmiyyət daşıyır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right