"Ümid edirəm ki, Fransada bayrağımızı qaldıracaqlar" Namiq Abdullayev

Xəbər verdiyimiz kimi, güləş üzrə Azərbaycan milli komandası avqustun 21-26-dək Fransada keçiriləcək dünya çempionatına hazırlaşır.

Newsport.az-ın məlumatına görə,Yığma komandaların Olimpiya Güləş Mərkəzində baş tutan mətbuat üçün açıq məşqində Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov və Namiq Abdullayevin iştirakı ilə dünya çempionatına yollanacaq komandaların heyəti açıqlanıb.

Daha sonra mətbuat nümayəndələri üçün brifinq keçirilib. 
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev güləşçilərimizdən yüksək əyarlı medallar gözlədiklərini bildirib: 
 

“Komandamız ruh yüksəkliyi ilə bu turnirə hazırlaşır. Yaxşı hazırlıq keçiblər. Dünya çempionatından qızıl medallar olacaq. DÇ öncəsi yeni idmançılar heyətə salına bilməz. Məşqçilər 125 kq çəki dərəcəsində heç kimi aparmamaqla düzgün qərar qəbul ediblər. Çünki yeni gələcək idmançı hazırlıq keçməmiş ora gedə bilməz. Yəqin ki, qarşıdakı müddətdə alternativ variantlar fikirləşmək lazımdır. Beynəlxalq turnirlərdə yeni idmançıları sınamaq olar. Etiraz aksiyasına gəlincə, hadisədir olub keçdi. Ümid edirəm ki, Fransada bayrağımızı qaldıracaqlar. Rəhbərlik də komandamıza dəstək verəcək. Yəqin ki, hər şey qaydasına qoyulacaq. Toğrul Əsgərovun zədəsi hələ də var. Qarşıdakı müddətdə onun haqqında yekun qərar veriləcək. Həkimlər deyəcəklər. Əməliyyatsız da sağalması mümkündür. Toğrul Olimpiya çempionudur. Karyerasını bitirmək haqqında qərarı yalnız özü verə bilər. Amma bitirsə, təbii ki, federasiya da, biz də buna müsbət yanaşmayacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right