“Dünənə kimi idmançıların pulunu sayanlar...” - Umudov

Xəbər verdiyimiz kimi, güləş üzrə Azərbaycan milli komandası avqustun 21-26-dək Fransada keçiriləcək dünya çempionatına hazırlaşır.

Newsport.az-ın məlumatına görə,  yığma komandaların Olimpiya Güləş Mərkəzində baş tutan mətbuat üçün açıq məşqində Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov və Namiq Abdullayevin iştirakı ilə dünya çempionatına yollanacaq komandaların heyəti açıqlanıb.




Daha sonra mətbuat nümayəndələri üçün brifinq keçirilib. 

Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov il ərzində yaxşı hazırlıq keçdiklərini və Dünya çempionatından sürprizlər gözlədiklərini bildirib: 

“Güləş bizim üçün önəmli idman növüdür. Rio-2016 Yay Olimpiya Oyunlarında idmançılarımız 18 medal qazandı. Bunun 9-nu güləşdə əldə etmişdik. Hansısa problem olub və idmançılar etiraz edib. Amma onları bəzi dedikləri yanlış başa düşülüb. Durub bunu şişirtmək, böyütmək və şou yaratmaq lazım deyil. Azərbaycanlıyıq və vətənini sevən insan qazanılan nəticələrə kölgə salmamalıyıq. Bəzi insanlar var ki, başqa cürə yozurlar sözləri. Mənə məşqçi kimi də irad tuta bilərlər. Amma yanlış danışmaq olmaz. Dünənən kimi idmançıların pulunu sayanlar bu gün onlara haqq qazandırır. Mən baş məşqçi kimi yığma komandanın tərkibinə cavabdehəm. Onların hansı yolda olmasını bilməliyəm. Bu onlara da öz etirazımı bildirirəm. Onlar cavandırlar və biz başa salmışıq. Hər şeyi yoluna qoymuşam. Yüz dənə ayr-ayrı şaiyə gəzirdi. Deyirdilər ki, güləşçilər məşq keçmir. Bizim heç vaxt məşqlərimiz dayanmayıb. Bizə hər cür diqqət göstərilir. Bu cür gözəl zalımız var. 90-cı illərdə belə yerlər yox idi. Bazada qalır idmançılar və yemək-içməklə təmin olunurdular. Bəzi insanlar idmançıları qızışdırdı. Amma hər şey yaxşı bitdi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right