Olimpiya çempionu kənarda qaldı Millimizin DÇ üçün heyəti açıqlandı

Güləş üzrə Azərbaycan milli komandasının Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, yunan-roma güləşçilərimizdən səfərə 8 pəhləvan yollanacaq. Baş məşqçi Şaban Donat  heyətdə Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (90 kq) və Sabah Şəriətiyə (130 kq) şans verməyi qərara alıb.

Sərbəst güləş üzrə Azərbaycan milli komandasını Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatında 7 idmançı təmsil edəcək. 

Baş məşqçi Firdovsi Umudov Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Hacımurad Ömərov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborova (97 kq) şans verəcək. 125 kq çəki dərəcəsindəki Cəmaləddin Məhəmmədov isə zədəli olduğu üçün yarışa aparılmayacaq.
 
Olimpiya çempionlarından Toğrul Əsgərov dopinq cəzalısı olduğu üçün heyətdən kənarda qalıb. Olimpiya çempionumuz Şərif Şərifov isə çəkisi artırdığı üçün formada deyil. Bu səbəbdən də o, millinin heyətinə daxil edilməyib. 

Qeyd edək ki, dünya çempionatı 21 - 26 avqustda təşkil olunacaq. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə 25-26 avqustda xalça üzərinə çıxacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right