Bolt karyerasının son yarışında zədələndi FOTOLAR

İngiltərənin paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatında kişilər arasında 4x100 metr məsafəyə bayraq yarışının finalı keçirilib.

Newsport.az-ın məlumatına görə, Useyn Bolt, Omar Makleod, Culiyan Forte və Yohan Bleykin təmsil etdiyi Yamayka komandası yarışda uğursuzluqla üzləşib.

Belə ki, son 100 metr məsafəyə qaçan Olimpiya və dünya çempionu, rekordçu Useyn Bolt zədələnərək yarışı tamamlaya bilməyib. Bununla da Bolt karyerası ilə kədərli şəkildə vidalaşıb.

Qeyd edək ki, kişilər arasında 4x100 metr məsafəyə bayraq yarışında birinci yeri Böyük Britaniya, ikinci yeri ABŞ, üçüncü yeri isə yaponiyalı atletlər qazanıb.





 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right