GDÇ-2017: Namaz Rüstəmov bürünc medal qazanıb

Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb. 

Newsport.az-ın məlumatına görəYunan-Roma güləşçilərinin ilk yarış günündə Nəsir Həsənov (74 kq) bürünc medal qazanıb. 

Son yarış günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub. 

66 kq çəkidə mübarizə aparan Namaz Rüstəmov Macarıstan və Özbəkistandan olan rəqiblərinə qalib gəlsə də, 1/4 final görüşünü uduzub. Onun rəqibi finala yüksəldiyindən güləşçimiz təsəlliverici görüşlərə qatılıb. Ukrayna idmançısına qalib gələn Namaz Rüstəmov bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Türkiyə idmançısı olub. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da qaydalara əsasən son xalı Namaz qazandığı üçün bürünc medalın sahibi olub. 

 

55 kq 
1/16 final - Hee Dong Son (KOR) - Zaur Nuriyev 6:5

66 kq 
Bürünc medal görüşü - Namaz Rüstəmov - Murat Fırat (TUR) 2*:2
Təsəlliverici görüş - Andiiy Partsey (UKR) - Namaz Rüstəmov 0:9
1/4 final - Malxas Amoyan (ARM) - Namaz Rüstəmov 5:1
1/8 final - Maxmud Baxşilloev (UZB) - Namaz Rüstəmov 3:4
1/16 final - Namaz Rüstəmov - Mark Arvai (HUN) 6:2

84 kq 
1/8 final - Salih Aydin (TUR) - Tuncay Vəzirzadə 5:3

120 kq
1/4 final - Seyidməhəmməd Ömərov - Patrik Jan Kaminski (POL) 0:2
1/8 final - Seyidməhəmməd Ömərov - Satiş Satiş (İND) 7:3




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right