GDÇ-2017: Nəsir Həsənov bürünc medal qazanıb

Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. 

Newsport.az-ın məlumatına görəbeşinci yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. 


74 kq çəki dərəcəsində mübarizə aparan Nəsir Həsənov Polşa və Kanadadan olan rəqiblərini üstələyib. Ancaq ABŞ təmsilçisi ilə gərgin keçən görüşdə uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib. Bu zaman Almaniya idmançısına qalib gələn Nəsir Həsənov bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi İsveç idmançısı olub. Rəqibə heç bir şans verməyən Nəsir çempionatın bürünc medalını qazanıb. 

50 kq 
1/4 final - Poya Soulat Dad Marz (İRİ) - Zülfüqar Əliyev 6:2
1/8 final - Zülfüqar Əliyev - Ramaz Silagava (GEO) 1:0

60 kq 
1/16 final - Kamran Mirzəliyev - Seydylla Tazayev (TKM) 2:6

74 kq
Bürünc medal görüşü - Nəsir Həsənov - Per Albin Olofsson (SWE) 10:1
Təsəlliverici görüş - Karan Mosebach (GER) - Nəsir Həsənov 9:13
1/4 final - Kamal Ameer Bey (USA) - Nəsir Həsənov 7:4
1/8 final - Yohn Yeats (CAN) - Nəsir Həsənov 3:4
1/16 final - Krisztof Marek Niklas (POL) - Nəsir Həsənov 2:5

96 kq 
1/16 final - Kiril Milenov Milov (BUL) - Tehran Əminzadə 2:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right