GDÇ-2017: sərbəst güləşçilərdən daha 2 bürünc medal

Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. 

Newsport.az saytının məlumatına görə, İlk yarış günündə güləşçilərimizdən Şahin Muxtarov (50 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 

İkinci yarış günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub. 

55 kq-da mübarizə aparan Əfqan Xaşalov ilk görüşündə Bolqarıstan idmançısına qalib gəlsə də növbəti görüşdə ABŞ təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılan güləşçimiz ardıcıl olaraq Əlcəzair və Özbəkistan idmançılarını məğlub edib. Bürünc medal uğrunda həlledici görüşdə Əfqan Xaşalov İran təmsilçisinə qalib gəlib.  

84 kq çəki dərəcəsində yarışan Hacımurad Məhəmmədsəidov ilk görüşündə ABŞ təmsilçisinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib. Koreya təmsilçisini mübarizədən kənarlaşdıran Hacımurad bürünc medal uğrunda görüşdə Hindistan idmançısı ilə qarşılaşıb. Görüşü tam üstünlüklə tamamlayan təmsilçimiz bürünc medal qazanıb.

55 kq
Bürünc medal görüşü - Əfqan Xaşalov - Nadir Amirgholi Nasrisamokoush (İRİ) 
Təsəlliverici görüş - Əfqan Xaşalov - Gulomjon Abdullaev (UZB) 7:1
Təsəlliverici görüş - Salah Eddine Kateb (ALG) - Əfqan Xaşalov 0:10
1/8 final - Əfqan Xaşalov - Daton Duain Fix (USA) 0:10
1/16 final - Mikyay Salim Naim (BUL) - Əfqan Xaşalov 6:7

66 kq 
1/4 final - Amirhossein Ali Hosseini (İRİ) - Mahal Novruzov 19:14
1/8 final - Mahal Novruzov - Aziz Riskeldi Uulu (KGZ) 5:0 (tuşe)

84 kq 
Bürünc medal görüşü - Hacımurad Məhəmmədsəidov - Deepak Punia (İND) 
Təsəlliverici görüş - Cheolyeon Lee (KOR) - Hacımurad Məhəmmədsəidov 0:10
1/8 final - Hacımurad Məhəmmədsəidov - Zahid Valencia (USA) 2:11

120 kq 
Təsəlliverici görüş - Umar İsrailov - Zuriko Urtaşvili (GEO) 6:13
Təsəlliverici görüş - Xasanboy Raximov (UZB) - Umar İsrailov 2:6
1/8 final - Gable Dan Steveson (USA) - Umar İsrailov 13:0
1/16 final - Umar İsrailov - Benxin Duan (CHN) 14:3





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right