“Qəbələ” döyüşçüsündən növbəti qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Nəriman Abbasov növbəti döyüşünü keçirib. 

Newsport.az-ın məlumatına görə, təcrübəli idmançı Rusiyanın paytaxtı Moskvada təşkil olunan MMA üzrə “Fight Night Global 71” turnirində qüvvəsini sınayıb. 

Yüngül çəki dərəcəsində (70,3 kq) çıxış edən Abbasov Rusiya təmsilçisi Dmitri Qorobetslə qarşılaşıb. 

Üç raund davam edən döyüş boyu üstünlüyə sahib olan Nəriman hakimlərin yekdil qərarı ilə qalib gəlib. Bu, idmançımızın 20-ci döyüşdə 17-ci qələbəsi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right