11 yaşlı idmançımız ermənini udaraq qızıl qazandı

Gürcüstanın Batumi şəhərində  idmanın kikboksinq növü üzrə yeniyetmələrin Dünya Kuboku yarışı keçirilib.

Newsport.az-ın məlumatına görə, yarışda 32 kq çəki dərəcəsində mübarizə aparan 11 yaşlı idmançımız Ədalət Əliyevin çıxışı ikiqat bayramla əlamətdar olub. Belə ki, yeniyetmə idmançımız olan Əliyev turnirin qızıl medalını həlledici görüşdə erməni idmançısına qalib gəlməklə əldə edib.  

Qazandığı nəticəyə görə  məşqçilərinə, xüsusən də Nizami rayon 13 saylı ixtisaslaşdırılmış idman məktəbinin əməkdar məşqçisi Zaur Məmmədova təşəkkür edən yeniyetmə Ədalət gələcəkdə də ölkəmizi beynəlxalq miqyaslı yarışda layiqincə təmsil edəcəyinə söz verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right