“Qəbələ” təmsilçisindən gümüş medal

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Uşangi Kokauri növbəti uğurunu qazanıb. 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, idmançımız Belarusun paytaxtı Minskdə təşkil olunan Avropanın açıq çempionatında qüvvəsini sınayıb. 

+100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz rusiyalı Edqardt Smereka ve belaruslu Aleksandr Vaxavyak üzərində qələbə qazanmaqla yarımfinala yüksəlib. Finalın bir addımlığında litvalı Marius 
Paskeviçyusla üz-üzə gələn Kokauri rəqibini məğlub edib. 

Həlledici qarşılaşmada meydan sahibi Vladislav Tsarpitski ilə görüşən idmançımız məğlub olub və yarışı gümüş medalla başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right