Dünya çempionun adı Azərbaycan paytaxtında məlum olacaq

Dünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə superağır çəkidə dünya çempionu titulu uğrunda döyüş Bakıda keçirilə bilər.

Newsport.az-ın məlumatına görə, bunu rusiyalı promouter Vladimir Xryunov bildirib.

Görüşün oktyabrın 2-də V.Xryunovun təmsil etdiyi rusiyalı Aleksandr Ustinovla puertorikalı Fres Okendo arasında təşkil olunması planlaşdırılır:

“Biz Ustinovla Okendonun döyüşünün Bakıda keçirilməsini müzakirə edirik. Həmçinin Zab Cudanın da döyüşünü orada təşkil etmək istəyirik”.

Z.Cuda azərbaycanlı Ramal Amanovla qarşılaşacaq. Aleksandr Ustinovun hesabında 34 (25 nokaut) qələbə və 1 məğlubiyyət var. Fres Okendo isə 37 (24 nokaut) görüşdə qalib gəldiyi halda, 8 dəfə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right