Olimpiya çempionumuz avtomobili ilə ana və oğlunu vurdu

Həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina avtomobili ilə ana və oğlunu vurub.
 
Newsport.az-ın məlumatına görəi, hadisə Yasamal rayonunda qeydə alınıb.
 
Belə ki, Füzuli küçəsində 90 RR 445 dövlət qeydiyyat nişanlı "Honda CR-V" markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqor qızı Şubina idarə etməni itirərək yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızı və onun oğlu 2014-cü il təvəllüdlü Məmmədov Hüseyn Nicat oğlunu vurub. Xəsarət alan hər iki şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan "Report"a verilən məlumata görə, Ü.Məmmədova 1-ci dərəcəli koma vəziyyətindədir.
Hadisəni törədən sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.
 
Qeyd edək ki, hadisəni törədən sürücü Lyudmila Şubina 1976-cı ildə SSRİ yığmasının heyətində Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarının həndbol üzrə çempionu olub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right