Çimərlik voleybolu üzrə ilk açıq ölkə kuboku keçirildi

Avropa Oyunları Parkında çimərlik voleybolu üzrə ilk açıq ölkə kuboku keçirilib.

Newsport.az-ın məlumatına görə, kişilərin yarışında 22, qadınların turnirində isə 14 komanda mübarizə aparıb.

Kişilər arasında Vüqar Bayramov və Ülvi Rəcəblidən ibarət duet qalib olub. Yaroslav Rudıx – Adriano Aurrero cütlüyü gümüş, Vüsal Qurbanov və Aqil Ağazadənin təşkil etdiyi cütlük bürünc medal qazanıb.

Qadınların mübarizəsində kuboku Viktoriya Ağakişiyeva və Zinaida Lyubimovadan ibarət duet başı üzərinə qaldırıb. İrina Abbaszadə - Yuliya Kərimova cütlüyü ikinci yeri tutub. İlk "3-lüy”ü Nazilə Səlimova və İlhamə Əliyevadan ibarət duet qapayıb.

Qeyd edək ki, gələn ayın sonlarında həm yeniyetmələr, həm də böyüklər arasında ölkə çempionatının final mərhələsi keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right