Yunan-Roma güləşçiləri gümüş, sərbəstlər bürünc medal qazanıb

28-30 iyun 2017-ci il tarixdə İran İslam Respublikasının Qum və Çabahar şəhərlərində yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında İmam Yadigar Kuboku uğrunda 3-cü beynəlxalq turnir keçirilib. Komandalararası yarış xarakterində olan turnirdə hər iki yığma komandanın üzvləri iştirak edib. 

Newsport.az-ın məlumatına görəYunan-Roma güləşçilərimiz gümüş, sərbəst güləşçilərimiz isə bürünc medal qazanıb. 

Qum şəhərində keçirilən yunan-Roma güləşi üzrə turnirdə 18 komanda 4 qrupda mübarizə aparıb. İraq (10-0), Tacikistan (8-2) və Serbiya (10-0) ilə D qrupunda yarışan güləşçilərimiz bütün görüşlərini qələbə ilə başa vurub. Qrup birincisi kimi yarımfinala yüksələn komandamız Türkiyə yığması ilə gərgin keçən görüşü 6-4 qələbə ilə yekunlaşdırıb və finala yüksəlib. Həlledici görüşdə İran yığmasının əsas komandası ilə qarşılaşan güləşçilərimiz 3-7 hesabı ilə uduzub və turnirin gümüş medalına yiyələnib. 

Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Alıyevin rəhbərliyi altında turnirdə Qurban Qurbanov (42 kq), Həsrət Cəfərov (46 kq), Zaur Əliyev (50 kq), Əsgər Əlizadə (54 kq), Həsən Məmmədli (58 kq), Vəfadar Cəfərov (63 kq), Asim İmanzadə (69 kq), Fikrət Vəliyev (76 kq), Bəhruz Həziyev (85 kq) və Sərxan Məmmədov (100 kq) iştirak edib. 

Çabahar şəhərində keçirilən sərbəst güləş yarışlarında isə 16 komanda iştirak edib. İran (9-1), Macarıstan (9-1) və İraq (10-0) komandaları ilə B qrupunda mübarizə aparan sərbəst güləş yığmamız qrup birincisi kimi yarımfinala yüksəlib. Yarımfinalda Rusiya yığmasına 7-3 uduzan güləşçilərimiz bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə digər bir İran komandasıyla qarşılaşan yığmamız 6-4 hesabı ilə qələbə qazanıb və turniri bürünc medalla başa vurub. 

Məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında turnirdə Kənan Heybətov (42 kq), Əşrəf Kərimzadə (46 kq), Mahir Məmmədzadə (50 kq), Ramiz Həsənov (54 kq), Əsgər Məmmədəliyev (58 kq), Hacımurad Hacıyev (63 kq), Davud İbrahimov (69 kq), Abdulmuslim Məmmədov (76 kq), Sənan Əlizadə (85 kq) və Hamlet Nəsibli (100 kq) iştirak edib. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dəcərəli hakim Kamran Əliyev təmsil edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right