Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı başa çatıb.
Newsport.az-ın məlumatına görə, Yunan-Roma güləşçilərinin ilk yarış günündə idmançımız Zülfüqar Əliyev (50 kq) gümüş medal qazanıb.
Çempionatın son günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə aparıb.
84 kq çəkidə yarışan Tuncay Vəzirzadə Fransa və İsveçdən olan rəqiblərinə qalib gəlsə də yarıminalda Belarus idmançısına uduzub. Bürünc medal uğrunda görüşə haqq qazanan güləşçimiz Gürcüstan təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb və Tuncay çempionatı 5-ci sırada başa vurub.