GAÇ-2017: beşinci yarış günündə 1 gümüş medal YENİLƏNİB

Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 gümüş medalla tamamlayıb. 

50 kq çəkidə mübarizə aparan Zülfüqar Əliyev bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Güləşçimiz ardıcıl olaraq Almaniya, Rusiya və Danimarka təmsilçilərini mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə Zülfüqar Əliyev Gürcüstan idmançısına uduzaraq çempionatı gümüş medalla başa vurub.  

 

50 kq 
1/8 final. Steven Ekker (Almaniya) - Zülfüqar Əliyev - 0:8
1/4 final. Atmir Kotçev (Rusiya) - Zülfüqar Əliyev - 1:4
1/2 final. Zülfüqar Əliyev - Nikolay Mohammadi (Danimarka) - 10:6
FİNAL. Zülfüqar Əliyev - Ramaz Silaqava (Gürcüstan) - 1:5
 
60 kq 
1/8 final. George Avram (Moldova) - Kamran Mirzəliyev - 0:8
1/4 final. Kamran Mirzəliyev - Qraçya Poqosyan (Ermənistan) - 1:1* 
 
74 kq 
1/8 final. Narek Ohanyan (Rusiya) - Ülvi Qənizadə - 3:2
Təsəlliverici görüş. Ülvi Qənizadə - Beka Mamukaşvili (Gürcüstan) - 1:3
 
96 kq 
1/16 final. Yan Jirn (Almaniya) - Seyidməhəmməd Ömərov - 5:0




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right