GAÇ-2017: gənc qızlarımız beşinci oldu

Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatına görəÜçüncü yarış günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparıb.

51 kq çəkidə yarışan Tatyana Varantsova ardıcıl olaraq Macarıstan və Fransadan olan rəqiblərinə qalib gəlib. Yarımfinalda Rusiya təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Belarus idmançısına uduzan Tatyana Avropa çempionatını 5-ci sırada tamamlayıb. 

67 kq-da mübarizə aparan Ceyla Nağızadə ilk görüşdə Rusiya idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz Ukraynadan olan rəqibinə qalib gəlib. Bürünc medal uğrunda görüşə haqq qazanan Ceyla həlledici görüşdə Rumıniya idmançısına uduzub və çempionatı 5-ci sırada tamamlayıb. 

44 kq 
1/4 final - Esra Koç (TUR) - Zelfira Ələkbərli 8:0

51 kq 
1/8 final - Tatyana Varantsova - Kristina Vancza (HUN) 8:0
1/4 final - Hilary Honorine (FRA) - Tatyana Varantsova 2:8
1/2 final - Ksenia Nezgovorova (RUS) - Tatyana Varantsova 4:0
Bürünc medal görüşü - Katsiarina Piçkuskaya (BLR) - Tatyana Varantsova 2:0

59 kq 
1/8 final - Ləman Qurbanova - Emma Johansson (SWE) 0:4

67 kq 
1/4 final - Ceyla Nağızadə - Xanım Vəliyeva (RUS) 0:11
Təsəlliverici görüş - Yuliya Lisovska (UKR) - Ceyla Nağızadə 0:6
Bürünc medal görüşü - Ceyla Nağızadə - Aleksandra Angel (ROU) 0:4





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right