Taekvondoçumuz finalda

Bu gün Cənubi Koreyada təşkil edilən dünya çempionatında bir idmançımız dayanq üzərinə çıxıb.
 
Newsport.az-ın məlumatına görə. kişilərin mübarizəsində -80 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Milad Beigi Hərçəqani artıq yarımfinala vəsiqə qazanıb.
 
O, qarşılaşdığı rəqibləri Nigerli Djibo Bagna Kadrı  (30:9), Yapon idmançı Hidenori Ebatanı (18:7), İspaniyalı Raul Garcia Martinezi (19:13) və Moises Hernandezi (Dominikan respublikası) 6:4 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Komandamızın liderlərindən olan M.Hərçəqani həlledici mərhələyə vəsiqə uğrunda döyüşdə Moldova idmançısı Aaron Cookla qarşılaşacaq. 
 
Xatırladaq ki, dünən 29 iyun tarxındə komandamızın daha bir üzvü Məhəmməd Məmmədov yarımfinala adlamışdır. -63 kq çəki dərəcəsində yarışan Məhəmməd bu gün yarımfinalda İranlı taekvondoçu Mirhashem Hosseini ilə döyüşəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right