Radik İsayevdən uğursuz nəticə

Koreyada təşkil edilən taekvondo üzrə dünya çempionatı davam edir.

 

Newsport.az Azərbaycan Taekvondo Federasiyasının saytına istinadən xəbər verir ki, bu gün daha iki idmançımız mübarizəyə qoşulub.

 

Radik İsayev (+87 kq) ilk döyüşündə mərakeşli Ayoud Basselə qalib gəlib - 24:8. Ardınca Çin təmsilçisi Jian Tianı üstələyən (16:11) idmançımız yarımfinala vəsiqə uğrunda qarşılaşmada qabonlu taekvondoçu Antoni Obame ilə üz-üzə gəlib. Rəqibinə 13:15 hesabı ilə məğlub olan İsayev dünya çempionatı ilə vidalaşıb.

Digər təmsilçimiz Ramin Əzizov (87 kq) da ilk rəqibi Valbek Defaixə (Fransa Polineziya) şans verməyib (15:3). Tunisli Yassin Trabelsiyə də qalib gələn (10:9) Əzizov yarımfinal mərhələsi uğrunda döyüşdə uğurlu seriyanı davam etdirə bilməyib. O, serbiyalı İvan Trajkoviçə məğlub olaraq (15:22), yarışı başa vurub.

Qeyd edək ki, sabah kişi taekvondoçularımızdan Məhəmməd Məmmədov (63 kq), qadınlardan isə Yaprak Eriş (57 kq) mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right