NBA-da mövsümün MVP-si məlum oldu

"Oklaxoma Siti"nin oyunçusu Rassel Uetsbruk NBA-da 2016/17 mövsümünün MVP-si seçilib.

 

Newsport.az-ın məlumatına görə, bu qərar NBA mükafatlarının tarixdə ilk təqdimat mərasimində elan edilib.

 

Mükafata Ceyms Xarden "Hyuston"və Kavay Leonard "San Antonio da namizəd idi. Mövsümün ən dəyərli basketbolçusunun adını liqanın komissioneri Adam Silver özü şəxsən açıqlayıb.

 

Uestbruk 55 il ərzində mövsümü orta sıralamaya görə tripl-dablla tamamlayan ilk basketbolçu olub ( 31,6 xal, 10,7 ribaund və 10,4 ötürmə) . Tanderin lideri 42 dəfə tripl-dabl etməklə liqanın yeni rekordunu müəyyənləşdirib. Bu 42 oyunun 3-də o 50 və daha artıq xal toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right